Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

Azərbaycan vətəndaşlığı alan şəxs and içəcək


Milli Məclis dekabrın 29-da “Azərbaycan vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Bundan sonra Azərbaycan vətəndaşlığı alan və ya vətəndaşlığını bərpa edən 14 yaşından yuxarışəxslər dövlət dilində ölkəyə sədaqət andı içməli olacaqlar.

Xüsusən, andda deyilir: “Mən (soyadı, adı, atasının adı), Azərbaycan vətəndaşı olaraq başqa bir dövlətin vətəndaşı kimi heç bir öhdəlik daşımıram.

Azərbaycan Konstitusiyasına və qanunlarına sədaqət andı içirəm, Azərbaycan dövlətinə sədaqətlə qulluq etmək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq, respublikanın ənənələri və mədəniyyətinə hörmət etmək öhdəliyi götürürəm”,

Andiçmə mərasimi Dövlət Bayrağı qarşısında keçiriləcək.

And içən vətəndaş əlini Azərbaycan Konstitusiyasına qoymalıdır.

And içən şəxsin imzaladığı sənədmüvafiq icra hakimiyyəti orqanında saxlanılacaq.

XS
SM
MD
LG