Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Ekspertlərin fikrincə, indiki neft qiymətləri ilə Rusiya yalnız gələn ilin ortalarınadək birtəhər “sürünə” bilər.

Rusiya rəsmiləri bildirirlər ki, hazırkı böhran şəraitində ölkə ya hərbi büdcəsini tamamilə ixtisar etmək, ya da vergilərin, pensiya yaşının və pul tədavülünün artırılması kimi narazalılıq doğuracaq addımlara getmək seçimi qarşısında qalıb.

Reuters agentliyinin Moskva müxbirləri Darya Korsunskaya və Elena Fabrichnaya yazırlar ki, ekspertlərin fikrincə, indiki neft qiymətləri ilə Rusiya yalnız gələn ilin ortalarınadək birtəhər “sürünə” bilər.

Neft qiymətinin indikindən daha aşağı ola biləcəyi ssenari barədə isə, Moskva, ümumiyyətlə düşünmək belə istəmir.

Barreli 60 dollara olan neft Rusiya büdcəsini iflasdan saxlamaq üçün lazım olan məbləğin yalnız yarısını verir.

Reuters yazır ki, bir barrelin 40 dollara sürüşəcəyi təqdirdə isə 2016-2017-ci illərdə yarana biləcək vəziyyət barədə Rusiya iqtisadçıları proqnoz verməkdən belə çəkinirlər.

“Qara gün”ün kisəsi ilyarıma boşalacaq

Rusiyanın yüksək hakimiyyət mənbələrindən biri ölkənin ötən illərdə neft gəlhagəli hesabına yığdığı iki ehtiyat fondunun 18 aya boşala biləcəyindən naraharlıq ifadə edib.

“2016-cı ildə bizim büdcə kəsirini aradan qaldırmaq üçün pulumuz olmayacaq. 2017-ci ildən isə danışmağa belə dəyməz”– bildirib mənbə.

Həmin mənbə deyib ki, əgər heç bir ixtisar aparılmasa, büdcə kəsiri indiki kursla 71 milyard dollar təşkil edəcək. Rusiyanın neft fondunda isə 89 milyard dollar qalıb.

Bütün bunlar hələ yalnız neft faktoru ilə bağlı olanlardır.

ABŞ və Avropa İttifaqının sanksiyalarını hələ heç kim ləğv etməyib. Bunun nəticəsində isə 100 milyard dollar məbləğində investisiyalar xaricə axıb. Rusiya bankları dünyanın maliyyə bazarlarına girişdən məhrum edilib.

Vəziyyətdən çıxmaq üçün Rusiya Mərkəzi Bankı öz ehtiyatlarından istifadə etməli olacaq. Ehtiyatlar isə 2014-cü ilin əvvəllərindən bəri 510 milyard dollardan 400 milyard dollara enib.

Hərbə-zorbaya yetməyən hərbi büdcə

Rusiya bu yaxınlarda az qala bütün Qərbə hərbə-zorba gələn yeni doktrina qəbul edib.

Lakin reallıqda bu qərarla yanaşı hərbi büdcənin 10 faiz ixtisar edilməsi məcburiyyəti yaranıb.

Amma maliyyə naziri Anton Siluanov-un dediyinə görə hətta bu ixtisar da büdcə kədsirinin önlənməsi üçün kifayət deyil.

Nəzərə almaq lazımdır ki, Vladimir Putin hələ Krım ilhaq olunmamışdan əvvəl də hərbi və sosial xərcləri artırmağı planlaşdırırdı.

2014-cü ildə xərclənmiş 13, 96 trilyon rublun (240 milyard dollar) 33 faizi sosial müavinətlərə, 32, 5 faizi isə hərbi və təhlükəsizlik sahələrinin ehtiyaclarına xərclənib.

Gələn il isə hərbi xərclərin 35 faizə artırılması nəzərdə tutulub ki, bu da əlavə olaraq 100 milyard dollar deməkdir. Bu hələ rublun indiki səviyyədə qalması şəraiti üçün hesablanıb.

Rublun bundan sonra da zəifləməsi – idxalın bahalaşmasına, rusların həyat səviyyəsinin və prezident Putinin populyarlığının enməsinə gətirib çıxara bilər.

Rusiya Qərblə münasibətlərini düzəltməlidir

Bununla belə, bir çox Ruziya rəsmiləri özlərinə 2008-ci ilin xatirələri ilə təsəlli verməyə çalışırlar.

Onlar deyirlər ki, 2008-ci ildə neftin bir barreli 39 dollara düşmüşdü, lakin hökumət bir sıra əlavə tədbirlərə, böhranlı sahələrin birbaşa maliyyələşdirilməsi kimi tədbirlərə əl ataraq vəziyyətdən çıxmışdı.

Lakin Rusiyanın keçmiş maliyyə naziri Alexei Kudrin deyib kİ, keçmişin təcrübəsinə çox da bel bağlanmamalıdır.

O bildirib ki, 2008-ci ildə dünya Rusiyaya sanksiyalar elan etməmişdi.

Cənab Kudrin deyib ki, indi yaranmış vəziyyətdən bircə çıxış yolu var.

“Hökumət və prezident Avropanın aparıcı ölkələri və ABŞ-la münaqişəni yoluna qoymalıdır” – deyib keçmiş nazir.

Bir sıra siyasi təhlilçilərin firkrincə isə bu, ilk növbədə Valdimir Putinin “güclü lider” imicinin intiharı demək olardı.

XS
SM
MD
LG