Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Konqresmen Eliot Engel AzadlıqRadiosunun işinin bərpasına çağırıb


ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü

ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü


-ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü, konqresmen Eliot L. Engel Azərbaycan hakimiyyəti tərəfindən AzadlıqRadiosunun Bakı bürosuna keçirilmiş reyd və əməkdaşların dindirilməsi haqqında bəyanatla çıxış edib.

“Mən AzadlıqRadiosu və onun heyətinə qarşı Azərbaycan hökuməti tərəfindən yol verilmiş hərəkətlərdən dərin narahatlıq keçirirəm. Mətbuat azadlığı demokratiyanın məhək daşıdır və AzadlıqRadiosu Avropa boyunca həmişə bütöv nəsillər üçün eitibarlı, qərəzsiz xəbər və informasiyaların mənbəyi olub. AzadlıqRadiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb” – deyilir bəyanatda.

Konqresmen Eliot L.Engel daha sonra deyib:

“Azərbaycan Rusiya və İranla həmsərhəd mühüm strateji ölkə olmaqla yanaşı enerji ehtiyatlarının aparıcı təchizatçısıdır. Sözü gedən hərəkətlərin davam etməsi Azərbaycanda demokratiyaya yalnız xələl gətirə bilər. Mən Bakıdakı liderləri AzadlıqRadiosunun öz işini bərpa etməsinə imkan yaradılmasına və radionun əməkdaşlarına qarşı təqiblərin dayandırılmasına çağırıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG