Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:18

«Bakı-Xəbər»: «Qarabağ konfliktinin həllində daha bir neçə il taym-aut götürülür»


«Bakı-Xəbər» qəzetindəki «Qa­ra­bağ konflik­ti­nin həl­lin­də da­ha bir ne­çə il taym-aut gö­tü­rü­lür» başlıqlı məqalədə bildirlir ki, 2006-cı il­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həll olu­na bi­lə­cə­yi­nə da­ir bey­nəl­xalq təş­ki­lat­lar, o cüm­lə­dən ATƏT tə­rə­fin­dən ve­ri­lən proq­noz­lar özü­nü doğ­rultma­dı. Gə­lən il­dən eti­ba­rən isə, Er­mə­nis­tan və Azər­bay­can­da seç­ki­lə­rə start ve­ril­di­yin­dən, ümu­miy­yət­lə, in­di ya­xın bir ne­çə il ər­zin­də da­nı­şıq­lar yo­lu ilə bu mü­na­qi­şə­nin çö­zü­lə­cə­yi inan­dı­rı­cı gö­rün­mür. Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­ri­ni hərb yo­lu ilə azad et­mə­yə­cə­yi­nə da­ir Av­ro­pa Şu­ra­sı, Av­ro­pa Bir­li­yi qar­şı­sın­da gö­tür­dü­yü öh­də­lik­lər isə prob­le­min mü­ha­ri­bə va­ri­an­tın­da da öz həl­li­ni tap­ma­sı­na im­kan ver­mir. Be­lə­lik­lə, qeyd edi­lən­lə­rə əsa­sən, da­ha bir ne­çə il müd­də­ti­nə Dağ­lıq Qa­ra­bağ konflik­ti­nin don­du­rul­muş və­ziy­yət­də qa­la­ca­ğı qa­çıl­maz gö­rü­nür. Hə­min müd­dət ər­zin­də isə ekspertlər, da­ha çox, mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li­nə na­il ol­maq üçün ye­ni sə­mə­rə­siz da­nı­şıq­lar pro­se­si­nin hə­ya­ta ke­çi­ri­lə­cə­yi­ni vur­ğu­la­yır­lar.


«Şərq» qəzetindəki «Ti­kin­ti ma­te­ri­al­la­rı­nın qiy­mə­ti ar­tır» başlıqlı məqalədə müəllif yazır ki, iş o ye­rə ça­tıb ki, ti­kin­ti ma­te­ri­al­la­rı­nın qiy­mət­lə­ri­nin ye­ni­dən art­ma­sı ilə əla­qə­dar ola­raq bə­zi şir­kət­lər bi­na ti­kin­ti­si­ni da­yan­dı­rıb­lar. Qiy­mət­lər heç bir sə­bəb gös­tə­ril­mə­dən art­dı­ğın­dan bu mə­sə­lə ilə bağ­lı müx­tə­lif səp­ki­li ver­si­ya­lar irə­li sü­rü­lür. Bə­zi ver­si­ya­lar­da ti­kin­ti ma­te­ri­al­la­rı­nın, xü­su­sən də se­ment və tax­ta­nın qiy­mə­ti­nin nə­zə­rəçar­pa­caq də­rə­cə­də art­ma­sı Ru­si­ya­dan öl­kə­yə gə­ti­ri­lən ti­kin­ti ma­te­ri­al­la­rı­nın azal­ma­sı ilə izah olu­nur. Bu­nun­la be­lə, ya­ran­mış və­ziy­yət ba­zar­da ti­kin­ti ma­te­ri­al­la­rı­na tə­lə­ba­tın art­ma­sı, elə­cə də xa­ric­dən öl­kə­yə ti­kin­ti ma­te­ri­al­la­rı­nın gə­ti­ril­mə­si ilə məş­ğul olan şir­kət­lə­rin göm­rük­də üz­ləş­di­yi çə­tin­lik­lər­lə də izah olu­nur. İq­ti­sad elm­lər dok­to­ru Za­hid Məm­mə­dov isə he­sab edir ki, ba­zar­da tə­ləb ar­tıq tək­li­fi üs­tə­lə­yib. Bu­nun nə­ti­cə­si ola­raq da ma­te­ri­al­la­rın qiy­mət­lə­ri sü­rət­lə ar­tır. Qiy­mət­lə­rin art­ma­sı­nın da­şın­maz əm­la­kın qiy­mə­ti­nə də tə­sir gös­tər­di­yi­ni vur­ğu­la­yan iq­ti­sad­çı­ya gö­rə, qiy­mət ar­tı­mı­nın qar­şı­sı­nı al­maq üçün Ba­kı­da apa­rı­lan ti­kin­ti iş­lə­ri da­yan­dı­rıl­ma­lı­dır.


«TQDK hansısa yeni addım atırsa, ümumiyyətlə nə isə edirsə, onu əmr formasında qoyur, amma arqument göstərmir. Bu isə düzgün mövqe deyil», - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2007-2008-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarının modelində etdiyi dəyişikliklərə münasibət bildirən Təhsil Şurasının sədri, professor Əjdər Ağayev «Xalq Cəbhəsi» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Professor hesab edir ki, informasiya texnologiyasının hansısa bir formasını tapıb bu fənn üzrə bütün abituriyentlərin bacarığını yoxlamaq daha vacibdir, nəinki bütün qruplara riyaziyyatın daxil edilməsi. TQDK-nın son addımında məntiq görmədiyini deyən Əjdər Ağayevin sözlərinə görə, bu, qeyri-elmi yanaşmanın nəticəsidir və formal bir şey olacaq.


«Yeni Azərbaycan» qəzeti yazır ki, bir həftəlik monitorinqlərin təhlili onu göstərir ki, bəzi marşrutlar günün müxtəlif vaxtlarında qiymətləri artırmağa cəhd göstərir. Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, ötən həftə qiymətləri süni şəkildə artıran 49 nəqliyyat vasitəsi marşrutdan kənarlaşdırılıb. 12 marşrut sahibinə isə ciddi xəbərdarlıq edilib. Nəqliyyat nazirinin müavini həm də texniki tələblərə cavab verməyən avtomaşınların tədricən istismardan çıxarılması barədə marşrut sahiblərinə xəbərdarlıq olunduğunu da diqqətə çatdırıb. 2007-ci ilin ortalarına kimi sərnişindaşıma nəqliyyatında köhnə və yararsız, o cümlədən kiçik tutumlu avtobusların fəaliyyətinin məhdudlaşdırılacağı barədə sahibkarlara xəbərdarlıq olunub. Artıq iri və orta tutumlu avtobusların gətirilməsi üçün müvafiq orqanlarla güzəştli şərtlərlə, eləcə də lizinq yolu ilə sahibkarlara imkanların yaradılması barədə iş aparıldığını deyən Musa Pənahov, bu prosesin tezliklə həll olunmasının vacibliyinə toxunub. Artıq ilin sonuna kimi 30 orta tutumlu avtobusun marşrutlara çıxarılacağı istisna deyil.


XS
SM
MD
LG