Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:26

Qəzaya uğramış AirAsia təyyarəsinin qalıqları və sərnişinlərin cəsədləri dənizdən çıxarılır


Surabaya hava limanı.
Surabaya hava limanı.

İndoneziya axtarışçıları bazar günü yoxa çıxmış AirAsia təyyarəsinin aşkar edilməsinin ardınca, təyyarə qalıqlarını və cəsədləri sudan çıxarmağa başlayıblar.

QZ8501 reysi ilə uçan Airbus A320-200 təyyarəsinin gövdəsində olan 162 nəfərdən 40-nın meyitləri artıq çıxarılıb.

Təyyarənin bütöv gövdə hissələri hələ aşkar edilməyib.

AirAsia şirkətinin prezidenti həlak olanların yaxınlarına və ailələrinə başsağlığı verib.

Şirkət ailə və yaxınlara psixoloji və digər dəstəyi göstərməyə başlayıb.

Su səthindəki sərnişin cəsədləri və təyyarə qalıqları televizya ilə canlı yayınlanıb və bir çox insanlar dərin sarsındtı kerçiriblər.

Axtarışçılar bildirirlər ki, onların işinə hündürlüyü 3 metrə çatan dalğalar mane olur.

İndoneziya, Avstraliya, Malayziya, Sinqapur və Cənubi Koreyaya aid 30 gəmi axtarışlarda iştirak edir.

XS
SM
MD
LG