Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

Rusiyanın müxalifət lideri Aleksei Navalny-nın tərəfdarları Moskvanın Manejnaya meydanında nümayişə çıxıblar.

Navalnı bu gün Moskva məhkəməsinin qərarı ilə 3 il yarım şərti, qardaşı Oleg Navalni isə 3 il azadlıqdan məhrum edilib.

Aleksei Navalny hökm oxunduqdan sonra rusiyalıları küçələrə çıxmağa çağırıb.

Hazırda nümayiş davam edir.

AzadlıqRadiosu müxbirinin verdiyi məlumata görə, nümayişdə minlərlə adam iştirak edir.

Həmçinin ətrafda Kazaklar, polis maşınları və dəbilqəli polislər müşahidə olunur.

Kazakların dediklərinə görə, onlar ictimai asaişi qorumaq üçün meydana gəliblər.

Meydanda "Putinsiz Rusiya", "Rusiya" kimi şüarlar səsləndirilir. Nümayişi AzadlıqRadiosunun rus xidmətinin saytından canlı izləyə bilərsiz.

Müxbirimizin məlumatına görə Navalny meydana, nümayişə gələrkən yolda polislər tərəfindən saxlanıb.

Onun meydanda çıxışı gözlənilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG