Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

Moskvada Navalny həbsdən buraxılandan sonra mitinq


Russia Moscow Aleksei Navalny speaks after sentencing Roundup screen grab

Russia Moscow Aleksei Navalny speaks after sentencing Roundup screen grab

-

Rusiya paytaxtı Moskvanın mərkəzində - Manej meydanında Navalny tərəfdarlarının mitinqi başlayıb.

Moskva məhkəməsi anti-korrupsiya bloggeri Aleksei Navalny haqda 3.5 il şərti həbs cəzası vermiş, və sərbəst buraxılmışdı. Navalny indi azadlığa çıxsa da eyni qərarla qardaşı Oleq 3.5 il yarımı məhbəsdə keçirəcək.

Məhkəmə onları maliyyə saxtakarlığında günahkar bilib. Daha öncə proses yanvarın 15-nə təyin edilmişdi, ancaq gözlənilmədən dekabrın 30-a keçirilib.

Aksiyadan görüntüləri aşağıda izlə:

Bir çoxlarının fikrincə, Navalnynın tərəfdarları Facebook şəbəkəsində yanvarın 15-nə mitinq təyin elədiklərindən, məhkəmənin tarixi dəyişdirilib. Bu qərardan sonra Facebookda yerləşdirilən elanda mitinqin də vaxtı dəyişib, dekabrın 30-na təyin olunan mitinqə sosial şəbəkələrdə artıq 17 mindən çox adam qatılacağını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG