Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:29

Jagland : "Əfv sərəncamı düzgün istiqamətdə addımdır"


Thorbjoern Jagland

Thorbjoern Jagland

Avropa Şurasının Baş katibi T.Jagland Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamını düzgün istiqamətdə atılmış addım hesab edir.

İlham Əliyevin dekabrın 29-da verilmiş sərəncamı ilə bağlı Jaglandın bəyanatında deyilir: “İlham Əliyevin imzaladığı sərəncam insan haqları müdafiəçilərinin məhbus siyahılarından 10 nəfəri də əhatə edir. Bu, düzgün istiqamətdə addımdır. Bununla belə, bir çox şəxsin adı da var ki,onlara təcili baxılmalıdır”

Jaglandın dekabrın 30-da verilən bəyanatında daha sonra deyilir: “Bir sıra tanınmış insan haqları müdafiəçiləri son aylar bu siyahıya əlavə olunub. Avropa Şurası bu məhbusların azad olunmasına kömək cəhdlərini davam etdirəcək.”

Azərbaycan prezidentinin dekabrın 29-da verilən sərəncamı ilə 87 məhbus əfv olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG