Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:53

Böhranı əhalinin 80 faizi hiss edir, 10 faizi yox


Moskvada rubllarını xilas etmək istəyənlər mal alır
Moskvada rubllarını xilas etmək istəyənlər mal alır

Rusiya əhalisinin 80 faizi hesab edir ki, Rusiya iqtisadi böhrana daxil olub. Cəmi 10 faiz iqtisadiyyatda indiki prosesləri böhran saymır. Bunu Levada sorğu mərkəzinin 19-22 dekbarda apardığı sorğu göstərir.

Böhran nə qədər uzanacaq?

Rəyi soruşulanların 19 faizi deyib ki, 1-1,5 il.

21 faizin fikrincə, 2 il.

16 faiz isə çox pessimisdir. Onlar hesab edirlər ki, bu, çox uzanacaq və uzun illər bunun nəticəsi hiss olunacaq.

Levada mərkəzinin eksperti Denis Volkov hesab edir ki, “əhali hələ böhranı hiss etməyib. Böhran hələ öz başlanğıcındadır. Əhalinin cəmi 6-7 faizinin valyuta ehtiyatı və ya yığımı var.”

Volkov deyir ki, bununla belə insanlar qorxur. Onlar 2008-ci il böhranı vaxtına baxanda daha pessimisdir.

Sorğuda 38 faiz deyib ki, onlar daha ucuz mallar almağa başlayıblar.

37 faiz bildirir ki, qidada və gündəlik xərclərdə qənaətə keçiblər.

22 faiz istirahət xərclərində qənaət edir.

27 faiz isə deyir ki, vəziyyət onların xərclərinə heç bir təsir göstərmir.

22 faiz deyib ki, ərzaq qiymətləri o qədər qalxıb ki, onlar bəzi məhsulları almaqdan imtina ediblər.

Rusiyada iqtisadi böhranın səbəbini rəyi soruşulanların 35 faizi Qərbin sanksiyalarında görür.

34 faizinin fikrincə, səbəb Rusiya iqtisadiyyatının özündədir.

19 faiz isə səbəbi dünya iqtisadiyyatında görür.

XS
SM
MD
LG