Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:20

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb və məhkumların hamısı dekabrın 30-da azadlığa çıxıb.

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG