Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:22

Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxıblar


Dostları Zaur Qurbanlı və Üzeyir Məmmədlini həbsxana qarşısında qarşılayıb (Foto: Samir Əsədli)

Dostları Zaur Qurbanlı və Üzeyir Məmmədlini həbsxana qarşısında qarşılayıb (Foto: Samir Əsədli)

Dekabrın 30-da həbsdə olan NİDA-çı fəallar Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa buraxılıblar. Bu haqda AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatından məlumat veriblər.

Zaur Qurbanlı və Üzeyir Məmmədli daha 6 NİDA-çı fəal - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, , Rəşad Həsənov və İlkin Rüstəmzadə ilə birlikdə 2013-cü ilin mart-may aylarından həbsdədirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Bundan əvvəl Şahin Novruzlu prezidentin sərəncamı ilə əfv olunmuşdu

Günün bütün mövzuları

XS
SM
MD
LG