Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

Sabirabadda daha bir AXCP üzvü həbs olunub


-

Dekabrın 29-da Sabirabad rayon Məhkəməsi AXCP-nin yerli fəalı Etibar Fətiyev haqda 30 sutkalıq həbs cəzası çıxarıb. Bu haqda AzadlıqRdaiosuna AXCP Sabirabad rayon təşkilatının fəalı Sahib Rüstəmli məlumat verib. Onun sözlərinə görə, Etibar Fətəliyev xırda xuliqanlıqda suçlanıb:

“Bizim daha bir üzvümüz Mirağa Abbasov da 10 gün öncə eyni ittihamla həbs olunub və Sabirabad Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır. Etibar bəy dekabrın 28-də ona yemək aparıb. Polislər güya yeməyin içərisindən ülgüc tapıblar. Bu səbəbdən onu şübhəli şəxs kimi saxlayıblar. Dekabrın 29-da isə Etibarın iştirakı olmadan məhkəmə keçirilib. Bu da qərarın sifarişli olduğunu göstərir. Rayon təşkilatı olaraq bu həbsi qətiyyətlə pisləyirik və Etibar Fətəliyevin dərhal azad olunmasını tələb edirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG