Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

ABŞ Dövlət Departamenti bildirir ki, hakimiyyətin Azadlıq Radiosunun Bakı bürosuna reydindən və büronu bağlamasından, büro işçilərini dindirməsindən sonra Azərbaycanda insan haqlarının vəziyyətindən ABŞ-ın narahatlığı artıb.

Dövlət Depratamentinin sözçüsü Jeff Rathke dekabrın 29-da Vaşinqton mətbuat brifinqində deyib: “Bu hərəkətlər, dindirmə vaxtı vəkil xidmətinə çıxışın verilməməsi ilə yanaşı narahatlığa yeni səbəblərdir”. Rathke deyib ki, Vaşinqton Bakını insan haqları və əsas azadlıqlarla bağlı ATƏT çərşivəsindəvə digər beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.

Rathke deyib ki, Bakıda Azadlıq Radiosunun bürosuna reyd Dövlət Katibi John Kerry-nin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığından 5 gün sonra baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG