Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Neftin qiyməti 57 dollara endi


Uzaq Şərqdəki birjalardan alınan məlumatlara görə neftin bir barreli 57, 80 dollara enib və beləliklə son beş ildə ən aşağı səviyyəsinə düşüb.

Ekspertlər bildirirlər ki, neft istehsal edən ölkələrin OPEC təşkilatı hasilatı aazaltmamaq qərarında qalır.

İqtisadiyyatları neftə söykənən Rusiya və İran kimi ölkələr bu təşkilatın hasilatı ixtisar edəcəyinə ümid bağlayırdılar.

Təhlilçilərin fikrincə neftin qiyməti 57 dollardan da aşağı enə bilərdi, lakin ABŞ-da şist nefti istehsalı bir qədər azalıb.

Digər tərəfdən gündə 128 min barrel neft istehsal edən Liviyada gedən döyüşlərlə əlaqədar ölkə ixracatını dayandırıb.

Liviyanın dünya bazarına çıxardığı neft az olsa da, hər halda neftin daha az ucuzlaşmasına müəyyən təsir göstərib.

XS
SM
MD
LG