Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

AirAsia QZ8501 sərnişin təyyarəsinin axtarışları davam edir


INDONESIA AIRASIA PLANE MISSING -- Commander of the Search and Rescue (SAR) Team of the Indonesian Navy, Admiral Abdul Rashid points to a search area on a map at the Navy Port, in Batam, Riau, Indonesia, 29 December 2014.

INDONESIA AIRASIA PLANE MISSING -- Commander of the Search and Rescue (SAR) Team of the Indonesian Navy, Admiral Abdul Rashid points to a search area on a map at the Navy Port, in Batam, Riau, Indonesia, 29 December 2014.

AirAsia hava şirkətinə məxsus QZ8501 reysli təyyarənin axtarışı üçüncü günə qədəm qoyub.

Hazırda axtarış ərazisi xeyli genişləndirilib.

İndoneziya rəsmiləri bildiriblər ki, genişləndirilmiş əraziyə daxil Şərqi Bilitunq adasından yüksələn tüstünün araşdırılması üçün komanda göndərilib.

Göyərtəsində 162 sərnişin olan Airbus A320-200 sərnişin təyyarəsi bazar günü şərqi Yavadakı Surabaya şəhərindən havaya qalxdıqdan az sonra radarlardan yoxa çıxıb.

Təyyarənin pilotu ilə son rabitə o, hava şəraiti ilə əlaqədar kursu dəyişmək üçün icazə istədikdən az sonra olub. Dispetçerlər ona icazə verildikdən sonra cavab almadıqlarını bildirirlər.

Hazırda axtarışa ətraf ölkələrdən başqa ABŞ, Fransa və Avstraliyanın da xilasediciləri qoşulublar.

Prezident Joko Widodo guya təyyarənin qalıqları və ondan axan benzinin tapılması barədə xəbərləri təkzib edib.

Təyyarədəki 137 sərnişinin 17-si uşaqlar olub.

Onların əksəriyyəti İndoneziyadandır.

Hazırda axtarışla 30 gəmi, 15 təyyarə və 7 helikopter məşğuldur.

XS
SM
MD
LG