Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

XİN:"Dilgəm Əsgərovla Şahbaz Quliyevin məhkəməsinin heç bir hüquqi əsası yoxdur"


Hikmət Hacıyev

Hikmət Hacıyev

“Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqqında məlumat yayılıb. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu qurama prosesin heç bir hüquqi əsası yoxdur”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş məhkəmə prosesini şərh edərkən deyib.

Hikmət Hacıyev qeyd edib ki, onların azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.

Qeyd edək ki, separatçı rejim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Şahbazovu isə 22 il azadlıqdan məhrum edib.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev bu ilin iyulunda Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni qüvvələri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə həmin vaxt öldürülüb.

Onun meyiti Azərbaycan tərəfinə verilib və Bakıda dəfn edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG