Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Həmin cəhdlərdən biri ölümlə nəticələnib.

ANS Pressin məlumatına görə, gecə saat 3 radələrində 28 yaşlı Xəyal Məsimov “Koroğlu” mertosu yaxınlığındakı körpüyə çıxarıb, qışqıraraq özünü atacağını bildirib. Hadisə yerinə gələn FHN əməkdaşları onun həyatını xilas edə bilib. İlkin ehtimala görə, Xəyal Məsimov sosial problemlər səbəbindən özünü öldürmək istəyib.

Saat 10:30 radələrində hələlik kimliyi məlum olmayan 25-30 yaşlı kişi İçərişəhərdə Qız Qalasına çıxaraq, özünü oradan atıb. Həmin şəxs yerindəcə keçinib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Daha bir intihara cəhd Bakıxanov qəsəbəsində baş verib. 27 yaşlı Sevinc Babayeva özünü Bakıxanov prospektindəki körpüdən atıb. O, müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Qadının vəziyyəti ağır qiymətləndirilir.

İntihara cəhdin səbəbləri bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG