Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

-

Bakı Kitab Klubunun nəşr etdiyi yeni kitabda iki məşhur əsər yer alır:


Teodor Drayzer. Qasırğa (povest)

Povest emosionallığı ilə fərqlənir. Əhvalat gənc qızın cavan oğlana vurulması, ondan uşağa qalması və özündən razı, xudbin varlı bir gəncin qızdan imtinası haqqındadır.

Əsərin süjet xətti, demək olar ki, “Amerika faciəsi” romanının süjet xətti ilə eynilik təşkil edir, lakin burada əksinə qız oğlanı öldürür. Əhvalat qəmgin notla başa çatır. İda bu yüklə yaşaya bilmir. Əsərin sevindirici məqamı odur ki, uşaq valideynlərindən fərqli olaraq bu dünyada yaşamaqda davam edir. (Tərcümə edən: Zeydulla Ağayev)

Onore de Balzak. İfritə (hekayə)

«İfritə» hekayəsi xristian kilsəsi tarixinin ən rüsvayçı səhifələrindən birini – inkvizisiya və “əcinnələr ovu” dövrünü bütün çılpaqlığı ilə göstərir. Hekayədə orta əsrlərin axırından və intibah dövrünün başlanğıcından danışılır.

Balzak öz əsərində ilahi qüvvələrin iradəsindən azad olan insanın yaranışını, əvəzində ruhanilərin necə maddiyyətə yuvarlandıqlarını və “mentalitet” pərdəsi altında edilən bütün hərisliklərindən doğan cinayətlərini rəngarəngliyi ilə göstərir.

Tərcümə edən: Əsgər Ağayev

Günün bütün mövzuları

XS
SM
MD
LG