Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

Tütün məhsullarına və spirtli içkilərə aksizlər artırılır


Azərbaycanda spirtli içki və tütün məmulatlarınaaksiz dərəcələri artırıla bilər.Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

“APA-Economics”in məlumatına görə, dəyişiklik qəbul edilsə, içməli spirt ( o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli-digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılacaq.

Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 4 manat aksiz dərəcəsinin tətbiqi təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG