Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46

Novruz Məmmədov Daniel Bayerə cavab verir


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerə cavab verib.

Dekabrın 26-da “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılıb və sonda ofisin qapısı möhürlənib. Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıb. Bunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi ilə bağlı olduğu bəyan edilib. Dekabrın 27-dən “Azadlıq” radiosunun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb şahid qismində dindirilir.

Dekabrın 27-də ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer bu məsələlərə “Tvitter” şəbəkəsindəki hesabında belə münasibət bildirib: “Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsiyalı hökumətlərin, liderlərin davranışıdır”.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Daniel Bayerə cavabını “Tvitter” vasitəsilə verib.

“Media forum” saytının məlumatına görə, dekabrın 29-da Novruz Məmmədov özünün “Tvitter” hesabında yazıb: “Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər. Belələrindən biri cənab Bayer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir.

Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsaydı, yaxşı olardı. Onda anlayardı ki, “Tvitter”də yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur.

Cənab Bayer qərəzli fikirləri ilə ABŞ-la Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG