Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

Naxçıvanda həbsdə olan AXCP fəalı ailəsindən yeni vəkil xahiş edir


Hicran Qasimov

Hicran Qasimov

.

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımov ona yeni vəkil tutmaq üçün ailə üzvlərinə müraciət edib. Bu haqda AzadlıqRadiosuna fəalın həyat yoldaşı Səadət Qasımova məlumat verib. Onun sözlərinə görə, Hicran Qasımov dekabrın 28-də həbsxanadan evlərinə zəng edib:

“Hazırda ona təyin olunan vəkilin fəaliyyətindən narazıdır. Dedi ki, yeni vəkil istəyir. Əslində hazırkı vəkildən biz də narazıyıq. Vəkil nə zəng vurur, nə də maraqlanır.

Ancaq, işə vicdanla yanaşacaq vəkili hardan tapaq? Naxçıvandakı vəkillərin hamısı hakimiyyətin sözünü deyir. Kimin cəsarəti çatar ki, bu cür siyasi işdə onların iradəsinə zidd hərəkət etsin? Bakıdan vəkil gətirmək də müşkül məsələdir”.

Səadət Qasımova deyir ki, həbs olunandan bəri həyat yoldaşı ilə görüşə icazə verilməməsi onun işgəncəyə məruz qalması haqda şübhələri dərinləşdirir:

“İstintaq dövrü bir dəfə də olsun görüş vermədilər. Dedim ki, heç olmasa uzaqdan göstərin, görüm ki, sağ-salamatdı. Bunu da etmədilər. İş məhkəməyə veriləndə ümid edirdik ki, məhkəmə polisdən insaflı olar. Bir neçə dəfə müraciət etmişik, məhkəmə də görüş vermək istəmir. Görünür, bu cür tapşırıq alıblar. İstintaqın bitməsindən 15 gün vaxt keçməsinə baxmayaraq, hələlikməhkəmənin vaxtını da təyin etməyiblər”.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirilib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi və sağlamlığa yüngül zərər vurma maddələri ilə təqsirləndirildiyi məlum olub.

Dekabrın 15-də Hicran Qasımovun cinayət işi üzrə istintaq yekunlaşıb və iş Naxçıvan Şəhər Məhkəməsinəgöndərilib. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə Muxtar Respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG