Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

Japan Times:"Jurnalistləri evlərindən aparırlar"


Azadlıq Radiosunun Bakı bürosu

Azadlıq Radiosunun Bakı bürosu

AzadlıqRadiosuna polis reydi Japan Times qəzetində də geniş yer alıb.

Qəzet yazır ki, silahlı polis və müstəntiqlər Azadlıq Radiosunun Bakı bürosuna gələrək buranı möhürləyib, bağlayıblar, kompüterləri müsadirə ediblər. Bu, cümə günü olub. Dalki günlər isə polis gəlib, jurnalistləri evlərindən dindirməyə aparıb.

ABŞ Dövlət Departamenti Azadlıq Radiosuna qarşı bu aksiyalardan dərin məyusluq hissi keçirdiyini bildirir və Azərbaycanı media azadlığını qorumaq haqda öhdəliklərinə əməl etməyə çağırır.

Radionunindiyədək 12 jurnalisti dindirilməyə aparılıb. Onlardan birini heç üst paltarını, ayaqqabsını geyinməyə qoymayıblar.

Bütün jurnalistlər vəkilin iştirakı olmadan dindirilib.

Radionun jurnalistlərinin dindirilməsi xaricdən maliyyələşən təşkilatların fəaliyyəti ilə bağlı istintaqla əlaqələndirilir.

Qəzet yazır ki, İlham Əliyev 3-cü dəfə prezident olandan sonra insan haqları müdafiəçilərinə, jurnalistlərə təzyiqlər artıb. Hazırda 15 jurnalist və bloqqer həbsdədir.

Avropa Şurasının baş katibi Thorbjorn Jagland bazar günü bildirib ki, Azadlıq Radiosuna basqı Azərbaycanda ifadə azadlığı ilə bağlı narahatlığı yenidən qaldırır. Jagland deyib ki,Avbropa Şurası bu baş verənlərin səbəbləri və hüquqi əsasları barədə Azərbaycandan izahat istəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG