Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Rusiya XİN: "Soçi görüşü Rusiyanın vasitəçilik missiyasının əsas mərhələsidir"


“2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasının əsas mərhələsi prezident Vladimir Putinin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi oldu”.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

2014-cü ilin yekunlarına həsr olunmuş xülasədə qeyd olunur ki, Soçi görüşü Qarabağ münaqişəsi ətrafında gərginliyi azaltmağa və tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan yaradıb.

Xarici İşlər Nazirlyi həmçinin 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə fəaliyyətinə diqqət yetirilir.

Qeyd olunub ki, vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə 5 görüş keçirib, həmçinin bu ölkələrin xarici işlər nazirləri ilə bir sıra müzakirələr keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG