Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Malayziya təyyarəsinin axtarışı dayandırılıb


Dekabrın 28-də radardan itən Malayziya təyyarəsinin axtarışı hava qaralandan sonra dayandırılıb.

Axtrışa İndoneziya başçılıq edir.

AirAsia şirkətinə məxsusA320-200 təyyarəsi İndoneziyadan Sinqapura uçurdu. Təyyarədə 162 nəfər var. Onlardan 156-sı İndoneziya vətəndaşıdır. 3 nəfər Cənubi Koreyadandır, Malayziya, Böyük Britaniya, Fransa və Sinqapourun hərəsindən 1 nəfər var.

Bu il martın 8-də Malaysia Airlines şirkətinin təyyarəsi yoxa çıxdı. Kuala Lumpurdan Pekinə uçan təyyarədə 239 adam var idi.

İyulun 17-də Ukrayna üzərində Malayziya təyyarəsi vuruldu. 298 adam həlak oldu.

XS
SM
MD
LG