Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Vaxtilə Papanı yaralayan Agca onun məzarını ziyarət edir


1983-cü ildə Agca ilə Papanın söhbəti

1983-cü ildə Agca ilə Papanın söhbəti

1981-ci ildə Roma Papası İkinci İoan Pavelə sui-qəsd edən Mehmet Ali Agca Vatikanda Papanın məzarını ziyarət edib. O deyib ki, bu, mənəvi zəruriyyətdir.

O vaxt papanı qarnından və qolundan yaralayan Agca həbsxanada iki il qalandan sonra İoan Pavel onun yanına gəldi və uzun söhbətdən sonra Papa elan etdi ki, Agcanı bağışlayır.

Agca 19 il İtaliyada həbsxanada qalandan sonra onu Türkiyəyə verdilər və o burda daha 10 il müxtəlif ittihamlarla həbsdə qaldı.

2010-cu ildə azadlığa çıxan Agcanın hazırda 56 yaşı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG