Dekabrın 28-də NATO-nun başçılıq etdiyi beynəlxalq koalisiyaformal olaraq Əfqanıstanda 13 illik döyüş əməliyyatına yekun vurur. Mərasim Kabildə keçirilir. Təhlükəsizlik baxımından mərasim barədə detallar bildirilmir.
Əfqanıstanda bundan sonra da NATO-nun rəhbərlik etdiyi qüvvələrin 13 min əsgəri qalacaq. Onlar Əfqanıstan ordusuna yardım göstərəcək.
Əfqanıstanda əməliyyatların ən qızğın çağında burda 51 ölkədən 140 min əsgər var idi.