Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20

Jurnalisti evindən ayaqyalın aparıblar


Bazar günü - dekabrın 28-də Bakıda polis Azadlıq Radiosunun jurnalistlərini mənzillərində tutub-saxlamağa başlayıb. Azadlıq Radiosunun demək olar ki, bütün jurnalistlərinin mənzilinə polis gəlib ya da onları sorğu-suala çəkiblər.

Azadlıq Radiosunun fikrincə, bütün bunlar onu bənzəyir ki, polisə nəyin bahasına olursa-olsun, Azadlıq Radiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri bazar ertəsi vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

Azadlıq Radiosunun gündəlik proqramının aparıcısı Kamran Mahmudovu öz mənzilindən aparıblar, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun həyat yoldaşı Lətifə Azadlıq Radiosuna telefonla deyib ki, səhər saatlarında2 polis zabiti gəlib, onlar qonşularla maraqlandıqlarını desələr də, zorla mənziləgiriblər, qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs ediblər.

Azadlıq Radiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə aparılıb, sonradan onu istintaqa aparıblar.

Azadlıq Radiosunun rus dilində saytının redkatoru Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin yerli polis məntəqsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.

Azadlıq Radiosu bildirir ki, bu gün səhər onlar Azadlıq Radiosunun vəkili ilə görüşməyivə bütün lazımi sənədləri imzalamağı planlaşdırırdılar. Prokurorluqla görüşməzdən əvvəl onların leqal təmsilçiliklə təmin olunmasına ehtiyac var idi. İndi onların prokurorluğa aparılması jurnalistləri faktiki qanuni müdafiəsiz qoyur.

Polis və müstəntiqlər Azadlıq Radiosunun jurnalistlərini polis müşayəti olmadan prokurorluğa getməməyə çağırır. Azadlıq Radiosunun vəkilinin fikrincə, “bunu ona görə edirlər ki, adamları qorxutmaq istəyirlər və vəziyyəti elə göstərmək istəyirlər ki, guya onlar istintaqdan qaçmaq istəyirlər.”

Günün bütün mövzuları

XS
SM
MD
LG