Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:38

Pakistan hakimi “Talibanı pisləmək istəməyən” imamı həbs etdirdi


İslamabaddakı Qırmızı məsçidin imamı Abdul Aziz.

İslamabaddakı Qırmızı məsçidin imamı Abdul Aziz.

Pakistanda məhkəmə Talibanın Peşavər məktəbinə qanlı basqınını pisləməkdən imtina edən imam Abdul Aziz-i həbs edib.

İmam həmçnin İslamabaddakı Qırmızı məsçidin qarşısında ona etiraz edənləri hədələməkdə ittiham edilir.

Din xadimi BBC-yə verdiyi müsahibəsində deyib ki, hökumət əslində onu yox, terrorçuları həbs etməlidir.

Ötən həftə Taliban yaraqlıları Peşavərdəki məktəbə basqın edərək 133 məktəbli də daxil olmaqla 152 nəfəri qətliam ediblər.

İnsan haqları fəalları bildirirlər ki, imam Aziz qatı talibanpərəst mövqeyi ilə tanınır.

Bu ilin əvvəllərində o, öz məktəbinə əl-Qaeda liderinin şərəfinə “bin Laden” adını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG