Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

Papaya sui-qəsd etmiş Mehmet Ali Agca onun məzarını ziyarət edib


Mehmet Ali Agca.
Mehmet Ali Agca.

1981-ci ildə Roma papası 2-ci İoan Pavel-ə sui-qəsd etmiş türk Mehmet Ali Agca onun Vatikandakı məzarını ziyarət edib.

İtaliya mediasının verdiyi məlumata görə Mehmet Ali Agca polisə bildirib ki, onun belə bir addımı atmağa daxili tələbatı var.

Bundan düz 31 il əvvəl Roma papası Agcaya həbsxanada baş çəkmiş və onu bağışladığını bildirmişdi.

Agca İtaliya həbsxanasında 19 il saxlanıb. O qəzet redaktoruna sui-qəsdlə bağlı daha on il müddətinə Türkiyədə azadlıqdan məhrum edilib. Onun həmin sui-qəsd üçün motivləri bu günədək aydın deyil.

Hazırda 56 yaşı olan Agca papaya qarşı sui-qəsdi 1981-ci ilin 13 mayında törətmişdi.

Həmin hücum zamanı Papa ağır yaralanmışdı.

Vatikan rəsmiləri Agcanın hazırkı Roma Papası Francis-lə görüş üçün etdiyi ricanı ikinci dəfə rədd ediblər.

“O Roma papası 2-ci Pavelin qəbri üzərinə əklil qoyub, elə bu da kifayətdir” – deyib Vatikanın sözçüsü Federico Lombardi “La Republica” qəzetinə.

XS
SM
MD
LG