Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:27

Tural Mustafayevin Xədicə İsmayıla qarşı iddiasını geri götürməsi barədə xəbərlər yayılıb


Tural Mustafayev
Tural Mustafayev

Xədicə İsmayılın həbsində adı hallanan Tural Mustafayevin ərizəsini geri götürməsi, sonra da həbs edilməsi barədə hələlik rəsmi təsdiq olunmamış xəbərlər var.

Dekabrın 27-də gün ərzində sosial şəbəkələrdə və Tural Mustafayevin Xədicə İsmayıla qarşı iddia ərzisəini geri götürmək istəməsi, bununla bağlı hüquqi yardım üçün vəkil axtarması barədə məlumatlar yayılıb. Hətta MeydanTV-nin internet saytında onun səs yazısı yerləşdirilib.

Facebook-da onun olduğu ehtimal edilən səhifədə də bu barədə məlumat yerləşdirilib. İddiaya görə Tural Mustafayevin Azərbaycandan çıxmasına da qadağa qoyulub.

Amma az sonra yenə də həmin səhifədə Tural Mustafayevin adından onun saxlandığı qeyd edilir.

Bu xəbərlərin doğruluğunu yoxlamaq imkanları olduqca məhduddur.
Xədicə İsmayılın vəkili Yalçın İmanov hesab edir ki, Tural Mustafayevin iddiasını geri götürməsi, ya da da saxlanması barədə məlumatlara istintaq reaksiya verməli idi:

“Aydınlaşdırılmalı idi ki, Tural Mustafayev həqiqətən belə bir müraciəti Facebook-da yazıbmı. Əgər yazıbsa, elə bu da onun iradəsini ifadəsini hesab edilə bilər və cinayət işinin istintaqdında yeni bir hüquqi vəziyyət yanara bilərdi.

Onun həbs edilib-edilməməsi də aydınlaşdırılmalıdır. Çünki istintaqın zərərçəkən kimi tanıdığı adamın ölkədən çıxmasına niyə qadağa qoyulması aydın deyil.

Bütün hallarda bu gün baş verənlərin aydınlaşdırılması üçün bazar ertəsi vəsatət təqdim edəcəyik.”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünüöldürmə həddinə çatdırmaqda ittiham olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG