Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Belarus prezidenti Alyaksandr Lukashenka prezident administarsiyasının rəhbəri Andrey Kabyakaunu baş nazir vəzifəsinə təyin edib.

53 yaşlı Kabyakau Prezident Administariyasına gəlməzdən əvvəl Belarusun Rusiyadakı səfiri olub.O bu vəzifədə Alyaksandr Kasinetsi əvəz edib.

Pavel Kalaur isə Milli Bankın rəhbəri təyin edilib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, həmçinin Vladimir Zinovski iqtisadiyyat naziri, Sergei Nalivayko vergilər naziri, Vitaly Vovok sənaye naziri, Michael Juravkov isətəhsil naziri təyin edilib.

Bundan başqa baş nazirin bir neçə müavini və “Minsk avtomobil zavodu” kimi iri müəssisələrin rəhbərləri dəyişib.

Alyaksandr Lukashenka bu günlərdə keçirdiyi iqtisadi toplantıda hökumətin işini tənqid etmişdi.

Bu 2010-cu ildən bu yana Belarusda aparılan ən böyük kadr dəyişiklikləridir.

Şərhçilər hesab edir ki, Lukashenka 2015-ci ildə keçiriləcək prezident seçkisində yenidən mübarizə aparmaq fikrindədir.

O 1994-cü ildən hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG