Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

Sərhədsiz Reportyorlar təşkilatı AzadlıqRadiosunun bürosuna reydi pisləyib


Foto arxiv

Foto arxiv

Sərhədsiz Reportyorlar təşkilatı AzadlıqRadiosunun Bakı ofisində keçirilən reydi pisləyib, bunu ölkədə media plüralizminin boğulmasına yönəlmiş son cəhd adlandırıb.

Təşkilatın Şərqi Avropa və Orta Asiya üzrə bürosunun rəhbəri Johann Bihr bildirib ki, Azərbaycan hökuməti ardıcıl olaraq ölkədə qalan müstəqil kütləvi informasiya vasitələrini məhv edir.

Təşkilat bildirir ki, araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla hazırda ölkədə 15 jurnalist və blogger həbsdədir.

Sərhədsiz Reportyorlat Təşkilatının2014-cü ildə dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı yaydığı son hesabatda Azərbaycan 180 ölkə arasında 160-cı yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG