Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48

Azərbaycan Ağdamda erməni hərbi qulluqçunu əsir götürdüyünü bildirir


Arxiv fotosu, Qarabağdakı erməni hərbi mövqeləri.

Arxiv fotosu, Qarabağdakı erməni hərbi mövqeləri.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, dekabrın 26-da axşam saatlarında Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Nazirliyin mətbuat xidmətindən yayılan rəsmi məlumatda deyilri ki, qısa atışmadan sonra bir erməni hərbi qulluqçu əsir düşüb: "Xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır" - deyə yayılan rəsmi xəbərdə bildirilir.

Hələlik bu hadisə ilə bağlı Ermənistan tərəfdən hər hansı rəsmi məlumat verilməyib.

Azərbaycanla Ermənistan 1990-cı illərin əvvəlində uzun sürən qanlı müharibəyə 1994-cü ildə atışkəslə ara veriblər. Amma tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Azərbaycan israrla erməni qoşularının işğal etdikləri Qarabağ və ətraf raytonlardan çıxrmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG