Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:38

Vəkil həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkib


Intiqam Əliyev

Intiqam Əliyev

Vəkil Şəhla Hümbətova həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkib.

Dekabrın 26-da “Media forum” saytına danışan vəkil Şəhla Hümbətova bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanan İntiqam Əliyevin istintaqı yekunlaşıb: “İş məhkəməyə göndərilir. Artıq işlə tanış olmuşuq.

İntiqam müəllimin əhvalı yaxşıdır. Amma səhhəti pisdir, yuxusuzluqdan və baş ağrılarından əziyyət çəkir. Onun çox ciddi müalicəyə ehtiyacı var. Hərəkətsiz qaldığı üçün ayaqları tutulur. Bütün bunlara baxmayaraq İntiqam müəllim şikayətlənmir”.

İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

O ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG