Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Abşeron Rayon Məhkəməsi Dekabrın 26-da jurnalist Seymur Həzinin məhkəməsi davam edib.

Vəkil Adil İsmayılovun “Media forum” saytına verdiyi məlumata görə, şahidlərin dindirilməsi artıq başa çatıb: “Biz əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırdıq. Vəsatət təmin edildi. Proses yanvarın 13-də davam edəcək”.

Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi məsələnin siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti, “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı və AXCP-ninüzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG