Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Azərbaycanda ilk dəfə seçilən hakimlərin vəzifə müddəti azaldılır


Foto arxiv
Foto arxiv

Azərbaycanda ilk dəfə seçilən hakimlərin vəzifə müddətinin azaldılması, Ali Məhkəmə hakimləri üçün son yaş həddinin isə digər məhkəmə hakimlərindən ayrılaraq artırılması gözlənilir.

Milli Məclisdən APA – ya verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə dəyişiklik təklif edilir.

Təklifdə hakim vəzifəsinə hakimlərin ilk dəfə 3 il müddətinə təyin olunması nəzərdə tutulur.

Hazırda bu müddət 5 ildir.

Maddəyə təklif edilən digər dəyişikliyə görə isə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur.

Hazırda isə bütün hakimlərin son yaş həddi 65-dir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG