Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:45

Minskdə Ukrayna böhranı ilə bağlı görüş təxirə salınıb


Foto arxiv
Foto arxiv

Ukrayna böhranının həlliylə bağlı əlaqə qrupunun dekabrın 26-da Minskdə nəzərdə tutulan görüşü təxirə salınıb.

Bu barədə BalTA agentliyinə Belarus Xarici İşlər Nazirliyi informasiya agentliyinin rəisi Dimitry Mironcik məlumat verib.

İntervaks agentliyinin məlumatına görə rusiyapərəst separatçıların nümayəndələri bundan əvvəl görüşdə iştirak etməyəcəklərini bildiriblər.

Bundan əvvəl-dekabrın 24-də keçirilən görüşdə tərəflər yalnız əsir mübadiləsi ilə bağlı razılıq əldə edə biliblər.

Danışıqlarda Ukrayna, Rusiya, ATƏT və separatçıların nümayəndələri iştirak edir.

XS
SM
MD
LG