Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

ABŞ prezidenti Barack Obama Əfqanıstanda aparılan 10 illik hərbi missiyanın bitdiyini bəyan edib və ABŞ ordusunun qəhramanlığını yüksək qiymətləndirib.

O dekabrın 25-də Havay adalarındakı hərbi bazada çıxış edərkən bildirib ki, 2001-ci il 11 sentyabr terror aktlarından sonraABŞ əsgərlərinin göstərdiyi qətiyyət nəticəsində dünya daha sabit oldu.

Obama qeyd edib ki, bu hərbi kampaniya əfqanlara öz ölkələrini bərpa etmək imkanı yaratdı.

Prezident bildirib ki, nəticədə ABŞ daha təhlükəsia oldu və Əfqanıstan bir daha terror mənbəyi olmayacaq.

ABŞ və NATO ilin sonunda Əfqanıstandakı beynəlxalq qüvvələrin əksəriyyətini çıxaracaq.

Əfqanıstanda 13 500 hərbçi qalacaq ki, onlar da yerli qüvvələrə təlim keçməklə məşğul olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG