Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

Prezident İlham Əliyev əkin sahələrinin suvarılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncamda 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində əkin sahələri və əhalinin içməli suyla təminatı məqsədi ilə 300 artezan quyusu qazılmalıdır.

Bu məqsədlə 2014-cü ilin dövlət büdcəsi, prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon manat ayrılır.

Həmçinin Naxçıvan Nazirlər Kabinetinə eyni məqsədlə 2 milyon manat veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG