Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Ankara-Bağdad münasibətləri yaxşılaşır


Türkiyə və İraqın baş nazirləri Ahmet Davutoğlu və Haider al-Abadi.

Türkiyə və İraqın baş nazirləri Ahmet Davutoğlu və Haider al-Abadi.

Türkiyə və İraq,İslam Dövləti adlanan təşkilatın Yaxın Şərqdəki fəaliyyətindən narahartlıq ifadə ediblər.

Ankarada keçirlən görüş zamanı İraqın yeni baş naziri Haider al-Abadi və onun Türkiyəli həmkarı Ahmet Davutoğlu İD-ə qarşı birgə mübarizə aparmaq niyyətlərini bəyan ediblər.

Reuters agentliyi xəbər verir ki, Türkiyə artıq İraqın şimalında kürd peşmərgə qüvvələrinin təlimləndirilməsində fəal iştirak edir.

Türkiyə sərhədi yaxınlığında davam edən döyüşlərdə son günlər ərzində kürd qüvvələri İD yaraqlılarını geri oturda biliblər.

Abadi deyib ki, Türkiyə həmçinin İD-ə qarşı vuruşan qüvvələrə silah-sursatla kömək etmək barədə vəd verib.

İraq və Suriya ilə 1200 kilometrlik sərhədi olan NATO üzvü Türkiyə bildirir ki, təlimləndirmə fəlaiyyətinə İraq Milli Qvardiyasını da əlavə edəcək.

“Bizim müdafiə nazirlərimiz bu məsələnin təfərrüatlarını müzakirə edəcəklər” – deyib Ahmet Davutoğlu.

Türkiyə ABŞ-ın başçılığı altında koalisyanın keçirdiyi hava zərbələrində iştirakdan hələlik imtina edir.

Reuters xəbər verir ki, ötən həftə bu raket zərbələrinin dəstəyi ilə İraq kürdləri Sincar dağlarında İD-in qurduğu həlqəni yara biliblər.

Haider al-Abadi təsdiq edib ki, İD qüvvələri nəzərəçarpacaq dərəcədə zəiflədilib.

Türkiyə və İraq arasında münasibətlər son illər ərzində xeyli gərgin olub.

Keçmiş baş nazir Nouri al-Malikinin hökuməti Ankarının Şimali İraqdakı Kürdüstan hökuməti ilə əməkdaşlığından narazı idi.

Malikidən fərqli olaraq Abadi bildirib ki, Bağdad İraq neftinin kürdlərin tikdiyi kəmərlə Türkiyədən keçməsinin marağındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG