Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:09

"Facebook"un 114 yaşlı nənəsi öldü


Facebookda 114 yaşlı nənə öldü.

114 yaşlı Anna Stoehr bir il əvvəl media başlıqlarına düşmüşdü. Onun 113 yaşı olanda qərara gəlib ki, Facebookda səhifə açmağın vaxtıdır.

Ancaq bu vaxt problemlə üzləşib: Facebookun standart qeydiyyat səhifəsində doğum tarixinə qoyulan ən tez vaxt 1905-ci ildir.

Stoehr öz tanışına tapşırıb ki, Facebooka müraciət etsin ki, o, həqiqi doğum tarixini – 1900-cü ili yaza bilsin.

Stoehrin sonuncu doğum günündə Facebook ona gül dəstəsi göndərmişdi.

Stoehr Minnesota ştatının Plainview şəhərciyində yaşayırdı. O, Facebooka öz mini İPad-ı ilə daxil olurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG