Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

«Azərneftyağ»ın ləğvindən sonra orda çalışanların taleyi necə olacaq?


Neft emalı zavodu

Neft emalı zavodu

-

Dövlət Neft Şirkətinin 24 dekabr 2014-cü il əmri ilə “Azərneftyağ” Neft Emalı Zavodunun gələn 2015-ci ilin yanvarın 1-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. Mediaforumun xəbərinə görə, bu haqda dekabrın 25-də Dövlət Neft Şirkətində idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov deyib ki “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.

Onun sözlərinə görə, həmin zavodun istehsal qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışan işçilər də “Azərneftyağ”ın hüquqi varisi hesab edilən bu müəssisədə öz fəaliyyətlərini davam etdirəcəklər:

“Lakin islahat zamanı qeyri-effektiv və az səmərəli sahələrin fəaliyyətinin aradan qaldırılması, eyni zamanda idarəetmə aparatında aparılacaq optimallaşdırma tədbirləri nəticəsində yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü istisna edilmir. Onlara da ixtisaslarına uyğun iş təklif ediləcək.

Dövlət Neft Şirkəti özünün əsas idarəetmə prinsiplərindən olan işçilərin sosial dayanıqlığının təmin edilməsi üçün müxtəlif proqramlar və layihələr həyata keçirir, insan resurslarının idarə olunmasında yeni standartlar tətbiq edir. Sərbəstləşən işçilər şirkətin idarə və müəssisələrində iş yerləri ilə təmin edilir və ya onlara müxtəlif proqramlar üzrə müavinətlər ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG