Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:04

Tarif Şurası İctimai nəqliyyatda gediş haqqının artırılmasına baxmır


Foto arxiv
Foto arxiv

Tarif Şurasında İctimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə baxılmır.

Bunu APA-ya İqtisadiyyat və sənaye nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib.

O bildirib ki, Nəqliyyat nazirliyindən Tarif Şurasına belə bir müraciət daxil olmayıb.

Nəqliyyat Nazirliyinin rəsmisi Əmrah Cəfərov nundan əvvəl Bakıda İctimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunacağını demişdi.

O bunun səbəbini artıq Bakıda müasir tələbələrə cavab verən yeni avtobusların istismara verilməsi ilə izah edib və bildirib ki, belə halda 20 qəpik gediş haqqı yəqin ki, özünü doğrultmayacaq.

XS
SM
MD
LG