Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:20

-

Gəncə sakini Arif Vəliyev 3 otaqlı təmirli bina evini satışa çıxarıb. Deyir ki, 1 nəfər belə qapısını döyüb ev ilə maraqlanmayıb:

«HAMISI RUBLUN ÖLMƏSİ İLƏ BAĞLIDIR»

«4 aydır evi satışa qoymuşuq, nə gələn var nə gedən. Hamısı pulun dəyərinin, rublun ölməsi ilə bağlıdır. Vəziyyət çox pisdir, alan yoxdur».

Şəmkir şəhər sakini ev almaq istəyən Səadət Bağırova isə əksinə Gəncədəki qiymətlərin bahalığından narazılıq edir.

Gəncədəki daşınmaz əmlak bazarında alış verişlə məşğul olanlar danışırlar ki, alqı-satqı dinamikası mövsümlə əlaqədar dəyişsə də bu qədər durğunluq həddinə çatmamışdı.

14 ildir bazarda ev alıb satan Faiq Abbasov son 3 ayda 1 dənə ev belə sata bilməyib.

«3 ay bundan qabaq ayda 3 ev satmaq olurdu, indi heç 1 ev satılmır».

«Alıcı qüvvəsi zəifdir. Ev alveri getmir. 3 ay bundan qabaq ayda 3 ev satmaq olurdu, indi heç 1 ev satılmır. Bu hamısı rublla bağlıdır. Çünki alıcılarımızın çoxu demək olar ki, 99 faizi Rusiyada işləyib, gəlib burda ev alanlardır».

Faiq Abbasov giley edir ki, əsasən də bina evi satanlar qiymətləri qaldırırlar. Buna da səbəb mülklərini yaranmış situasiyaya qurban verməməkdir:

EVLƏRİN QİYMƏTİ BAHALAŞIB?...

«Evlərin qiyməti düşməyib. Evin qiyməti aşağı olsa yaxşı olar. 1 otaqlı evin qiyməti 26 min dollar olub. Qabaq 20 min idi».

Gəncədə daşınmaz əmlak bazarına nəzarət edən Konsalti MMC şirkətinin rəhbəri Ceyhun Məmmədov da alqı-satqının sıfır həddə düşməsindən danışır. O bildirir ki, bütün bu proseslər həyət evlərinin alış-verişinə daha pis təsir edib. Dediyinə görə, yeni tikililər dövlət ipotekaları vasitəsi ilə az çox satılır:

«GƏLİR YERİMİZ DAHA ÇOX RUSİYADIR»

«Bizdə durğunluqdur. Bu daha çox həyat evlərinə təsir edib. 1 otaq 30 35 min dollaradək qalxıb. Alıcılıq yoxdur. Rus pulu düşüb. Gəlir yerimiz daha çox Rusiyadır. Ona görə baş verir bunlar».

Ekspert Ceyhun Məmmədov deyir ki, Rusiyada iqtisadi durum düzəlməsə, Azərbaycanda əmlak bazarı xeyli zəifləyəcək.

Gəncədəki digər daşınmaz əmlakla məşğul olan kiçik obyektlərdən verilən məlumata görə, son 3 ay ərzində cəmi 5 ev alqı- satqısını reallaşıblar. Halbuki normal halda 13- 15 ev satılırdı

Qiymətlərə gəlincə Gəncədə 1 otaqlı evin qiyməti 22 min dollardan təxminən 28 min dollaradək bahalanıb.

3 otaqlı həyət evinin qiyməti isə 48 min dollardan 54 min dollaradək yüksəlib.

XS
SM
MD
LG