Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00

-

BAHALAŞMANI XATIRLADAN BAYRAM…

“Bizim Yol” yazır ki, Bakı bulvarının müxtəlif yerlərində 10-a qədər yolka qurulmaqdadır. “Yolkaların qarşısında Şaxta baba və Qar qızı görmədik. Öyrəndik ki, Yeni ilin əvəzedilməz simvolları bu gün bulvara gələcəklər. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Qız Qalasının qarşısında "işıq şou"su təşkil olunacaq. Şou yanvarın 6-dək davam edəcək. Şahidi olduq ki, bulvardakı təbii şam ağacları işıqlarla bəzədilib.

Bulvarda əhali sıxlığı müşahidə etmədik. Üz tutduq burada fəaliyyət göstərən restoranlara, qiymətlərlə maraqlandıq. "Tosca" kafesindən bildirdilər ki, qiymətlər fərqlidir. Birinci, ikinci və üçüncü yeməklər daxil olmaqla masanın qiyməti 28, 39 və 47 manat arasında dəyişir. Yeməkləri sərbəst seçmək imkanı da verilir.

Öyrəndik ki, məsələn, mal əti salatı 11 manat, qızardılmış kartof 4 manat, qril toyuğun yarısı 14 manatdır. 2 nəfərin bayram süfrəsinin qiymətinin təxmini 70-80 manat arasında dəyişə biləcəyini dedilər. O da məlum oldu ki, "Tosca" bulvarda varlıların və əsasən elitar təbəqənin tez-tez baş çəkdiyi iaşə obyeklətindən biridir: "Bura nazirlər, millət vəkillər, rektorlar gəlirlər. Xidmətimizdən də məmnundurlar".

Orta təbəqənin üz tutduğu kafe kimi bizə "Lalə"ni təqdim etdilər. Öyrəndik ki, burda da qiymətlər elə də ucuz deyil. Məsələn, tərəvəz salatı 3 manat, ləpə 4 manat, lülə kababının bir şişi 5 manat, çörək isə 1 manatdır.

Bulvarda söhbət etdiyimiz paytaxt sakinləri bayramın gəlişindən heç də sevinmədiklərini dedilər. Onlar bayramı qiymətlərin qalxması günü kimi dəyərləndirirlər”.

GÜNÜ 5 MANATA MÖVSÜMİ İŞLƏ DOLANANLAR

“Azadliq” qəzeti yazır ki, işsizliyin hökm sürdüyü cəbhə bölgəsi ərazisində qadınların vəziyyəti daha çətindi. Onlar özlərini və övladlarını dolandırmaq üçün min bir zəhmətə qatlaşdıqlarını deyirlər. Qəsəbə sakinləri ilə danışan qəzet müxbiri onalrın problemlərini geniş işıqlandırıb.

“Kəlbəcər qəsəbəsinin sakinləri içməli suyu pulla alırlar. 10 litri 20 qəpikdən. Qışda suya ayda 4-5 manat xərcləsələr də, yayda bu rəqəmin 15-20 manata qədər qalxdığını deyirlər”.

Müəllif yazır ki, söhbətləydiyi qadınların tək istəkləri var, onlar yükünü çəkə, övladlarını qarındolusu yeməklə, təhsillə təmin edə biləcəkləri daimi iş sahibi olmaq istəyirlər.

HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR

Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov “Yeni Azərbaycan” qəzetinə müsahibə verib.

Millət vəkili bildirib ki, Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir.

“Azərbaycanın hazırda istənilən böyük maliyyə resursları tələb edən layihələri öz gücü hesabına icra etmək imkanının olması da bugünkü uğurlara, inkişafa əsaslanır”.

Daha sonra Ayaz Orucov deyib ki:

“Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bu fikir hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma o ehtiyatlar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyənləşdirərkən, digər ölkələrin təcrübəsinə istinad etməsi bu problemi yaşamamasına yol açdı. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasına zəmin yaratdı”.

VAQİF BAYRAMOV: “RUSİYA UDUZMAYIB, UDUB”

Moskva Dövlət Humanitar-İqtisadiyyat İnstitutunun rektoru, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən olan Vaqif Bayramov “Media forum” saytının suallarını cavablandırıb.

Rusiyadakı böhranı dəyərləndirən iqtisadçı deyib ki, böhran qlobal xarakter daşıyır, bir hissəsi də Rusiyada yaşanır.

“Avropa və Amerikadan qaynaqlanan düşünülməmiş siyasət Avropa ölkələrini daha çox çıxılmaz duruma salır, əsasən də son 10 ildə Rusiya ilə əməkdaşlığa böyük ümidlər bəsləmiş Avropa ölkələrini. Avropalıların amerikalıların təklifi ilə qəbul etdiyi hər bir sanksiya Avropanın öz iqtisadiyyatına ziyan vurur.

Amerika-Avropa münasibətləri müstəvisində vacib bir detalı qeyd etmək istərdim: sanksiyalar nəticəsində Rusiyanın itkisi 5%, Avropanın itkisi isə 95% təşkil edir. Yəni sanksiyalar ilk növbədə avropalıların özünə qarşı çevrilib”.

Jurnalistin “İqtisadi böhran Rusiyada yaşayan və işləyən azərbaycanlıların işinə necə təsir edir? Böhrana görə azərbaycanlıların kütləvi formada Azərbaycana qayıtması mümkündürmü?” sualına cavabda Vüqar Bayramov deyib ki:

“Ümumən Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşları elə sahələrdə çalışırlar ki, həmin sahələrdə onların əməyinə ehtiyac var. Ona görə də azərbaycanlıların öz işlərini atıb vətənə dönmələri üçün heç bir əsas yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG