Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

ABŞ-da polis daha bir qaradərili yeniyetməni öldürdü


ABŞ-ın Missuri ştatında qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinə etiraz edənlərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar olub.

Bu hadisənin də avqust ayında başqa bir gəncin - Michael Brown-un öldürüldüyü yerin yaxınlığında baş veridiyi bildirlir.

Son xəbərlərdə deyilir ki, Sent Luis şəhərində 100-dək etirazçı hadisə yerinə toplaşıb.

Polis bildirir ki, öldürülən şəxs – 18 yaşlı Antonio Martin polis zabitinin üstünə tapança çəkib.

Sent Luis polis məntəqəsinin rəisi Jon Belmar deyib ki, polis zabiti yaxınlıqdakı yanacaqdoldurma stansiyasından oğurluqla bağlı edilən zəngə gedib.

Stansiyada Antonio Martin polisin üstünə tapança çəkib və zabit öz silahından üç atəş açmaqla onu öldürüb.

Rəsmi polis versiyasına görə zabit özünü müdafiə etməyə çalışıb.

Polis rəisi bildirib ki, “bu, hamı üçün faciədir”.

“Martın qaça, silahı yerə qoya bilərdi və bu halda faciə baş verməyəcəkdi” – deyib rəis.

Son toqquşmaların əsnasında 4 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG