Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:39

-

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimlinin şikayətinə baxıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 15 may tarixli hökmü ilə onu 8 il azadlıqdan məhrum edib. Apellyasiya şikayətində P.Həşimliyə bəraət verilməsi istənilirdi.

Apellyasiya məhkəməsi jurnalistin şikayətini təmin etməyib.

P.Həşimli 2013-cü ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli ittihamları rədd edir.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG