Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:47

"Forbes" qonorarı doğrultmayan tanınmış aktyorların siyahısını dərc edib


Forbes jurnalı lazım olandan artıq pul verilən Hollivud aktyorlarının, yəni onlara verilən pulu o qədər də doğrultmayan aktyorların siyahısını dərc edib. Bu göstərici aktyorun iştirakı ilə filmin gətirdiyi gəliri aktyora verilən qonorara bölməklə hesablanır.

İkinci il dalbadal siyahıya komediya aktyoru Adam Sandler başçılıq edir. Ona verilən hər 1 dollar filmi çəkənlərə cəmi 3,2 dollar qazandırıb.

Sandlerdən başqa siyahıda Johnny Depp və Tom Hanks kimi aktyorlar var.Sundra Bullock da siyahıdadır. Ona verilən hər 1 dollar filmi çəkənlərə 9 dollar qazandırıb. Forbes hesab edir ki, Bullock Hollivud standartları ilə lazım olandan çox pul verilən aktrisa hesab oluna bilməz.

Sandlerin iştirakı ilə “Grown ups 2”filmi 246 milyon dollar gəlir gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG