Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Şərq qapısı: «Naxçıvanda seçkilər azad və demokratik keçirilmişdir»


Arxiv foto

Arxiv foto

-

Şərq qapısı - 24 dekabr 2014

Bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasında seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədlərə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.

Sevindirici haldır ki, hər zaman olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirdilər.

Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 266 min 430 nəfər seçicidən 110 min 392 nəfəri, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs vermişdir

...Saat 10:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs vermişdir.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanmışdır.

Seçki prosesinin şəffaf, demokratik şəkildə keçirilməsi və müşahidəçilərin seçkilərin gedişini izləməsi üçün lazımi şərait yaradılmış, seçki prosesinin internet vasitəsilə izlənməsi də təmin olunmuşdur.

XS
SM
MD
LG