Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

-

Masallının Musaküçə kəndində sakinlər seçkinin nəticəsinə etiraz edir.

Bu barədə kənd sakini Məmmədağa Eynullayev AzadlıqRadiosuna məlumat verib. Onun dediyinə görə, 70 saylı Masallı şəhər Seçki Dairəsinin 34 və 35 saylı seçki məntəqələrində polis seçki qutularını oğurlayıb:

«Rayon rəhbərliyinin öz namizədləri var idi, kənd camaatının da öz namizədi. Seçki sakit, normal keçdi, səslər sayılan vaxtı məlum oldu ki, hakimiyyətin namizədləri bir-iki səs alır, bu zaman 20-30 polis məntəqəyə daxil olub seçki qutularını oğurladı. Bu zaman qarşıdurma yarandı, amma onlar seçki qutularını apara bildilər».

Məmmədağa Eynullayev Masallı polisinə çağırıldığını bildirdi:

«Mənə dedilər ki, kənddə hər hansı aksiya olmasın. İndi də camaat toplaşıb. İnanırıq ki, bu saxtakarlığın qarşısını alacağıq».

Mərkəzi Seçki Komissiyası rəsmi saytında artıq bu məntəqələr üzrə seçki protokollarını yayıb.

XS
SM
MD
LG